Milli Məclisin iclasında millət vəkilləri Tahir Kərimli və Fəzail Ağamalı tədbirlərə tələsərkən avtomobillərinin yol polisi tərəfindən saxlanılmasından danıışıblar.
F. Ağamalı deyib ki, hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmayıb: “Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.
Sədr Oqtay Əsədov isə qeyd edib ki, xüsusi nömrə ola bilməz,amma Milli Məclisin iclasına tələsərkən avtomobiliniz cərimələnsə, o cəriməni mən verərəm. Hər kəs qanunun tələblərinə riayət etməlidir...