Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 27°C

Bu vətəndaş hüququnun pozulmasıdır...

Ramiz_Rzayrv.jpgAli məhkəmə sədrindən dollarla kredit şərhi: "Hüquq pozuntusudur!"

“Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”.

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bankların dollarla bağlı kredit verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R. Rzayev bildirib ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.

Əlaqəli xəbərlər