Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 12°C

Yazıçı Anar baş prokurora müraciət edib

Saday-sair.jpg«Strateq.az» saytı Yazıçılar Birliyinin sədri Anarın, şairSaday Şəkərlinin həbsi ilə bağlı baş prokuror Zakir Qaralova göndərdiyi müraciəti dərc edib.

 S. Şəkərlini istedadlı şair kimi dəyərləndirən Anar şairin həbsinə də toxunur: «Hazırda S. Şəkərli həbs edilib. Buna çox təəssüf edirik. Əli qələmli, yaradıcı bir insan cəmiyyət üçün faydalı olmalıdır. Lakin S. Şəkərli günahsız olduğunu bildirir. Əlbəttə ki, bu məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Bizim sizdən xahişimiz budur ki, S. Şəkərlinin məsələsinə ədalətlə baxılsın, lazımdırsa yenidən araşdırılsın».

 

Anar müraciətində, bu məsələdə söhbətin geniş oxucu auditoriyasının tanıdığı, hörmət etdiyi bir şairdən getməsini xüsusi qeyd edilir.

Yazıçılar Birliyinin sədri S. Şəkərlinin şəkər xəstəsi olduğuna da diqqət çəkir: «Məhkəməyə qədər onun hospitala yerləşdirilib müalicə olunmasını rica edirik».

Müraciətdə sonda da, S. Şəkərlinin 2015-ci il dekabrın 23-də həbs olunduğu, ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda pulu hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürüldüyü yada salınır.

Əlaqəli xəbərlər