Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 21°C

Cinayət işi dayandırdıldı-qadağa götürüldü

EITI logoBəzi QHT rəhbərlərinin ölkəyə giriş-çıxışına qoyulan qadağa götürüldü

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan təşkilatların cinayət işi dayandırılıb. Bunu Koalisiyanın kordinatoru Əliməmməd Nuriyev qurum üzvlərinə yazdığı məlumatda bildirib.

 

Onun sözlərinə görə, Koalisiyianın üzvü olan İqtisadi Tədqiqatlar Mərkəzindən  Qubad İbadoğu və Qalib Bayramovun, Azad İqtisadiyyata Yardım İB-nin rəhbəri Zöhrab İsmayılın, Demokratik Təsisatlar və İnsan Hüquqları İB-dən Elçin Abdullayevin, Free Person İnsan Hüquqları Müdafiə Cəmiyyətindən Səbuhi Qafarovun və Qafqaz Media Araşdırmaları mərkəzindən Anar Orucovun hesabları üzərindən həbs və vergi yoxlamaları dayandırılıb:

“Qeyd edilən QHT-lərə qarşı açılan cinayət işləri də dayandırlıb. Daha əvvəllər isə Mirvari Qəhrəmanlı (Neftçilərin Hüquqlarının Müdafiəsi İB), Anar Orucov (Qafqaz Media Araşdırmala Mərkəzi), Vüqar Bayramovla ( İqtisadi və Sosila İnkişaf Mərkəzi) bağlı cinayət işləri dayandırılmışdı”,-deyə Ə. Nuriyev bildirib.

Azərbaycan sərhədlərində yoxlama problem olan Koalisyanın üzvlərindən  Qalib Bayramov, Zaur Əkbər, Məlahət Mürşüdlü, Səbuhi Qafarov, Oqtay Güləliyev, Anar Orucov, Əziz Orucov, Zöhrab İsmayıl, Elçin Abdullayev və  İlham Hüseynli 18 Mart tarixindən ölkəyə giriş-çıxışla bağlı heç bir problemlə üzləşməyəcəklər. (meydan tv)

Əlaqəli xəbərlər