Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırdı

mnBeynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir. 

Ardını oxu...

Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub

Azerb_esgeri.jpgMüdafiə Nazirliyinin rəsmi saytı məlumat verir ki,aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
 Məlumatda bildirilir ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Ardını oxu...

Ordumuzun şəhid zabiti dəfn edilib

Qalib_Zulfuqarli.jpgÖtən gün Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlı  bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

Ardını oxu...

ABŞ Azərbaycanda hərbi tibbi seminar keçirir

haecvdfv 855Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumat verir  ki ,Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən Azərbaycanda hərbi tibb imkanlarının təkmilləşdirilməsi və həkiməqədər ilkin tibbi yardımın göstərilməsi mövzularında seminar başlayıb.

Ardını oxu...

Azərbaycan və Türkiyə pilotları uçuş keçiriblər

Tunaz"TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Ardını oxu...

Erməni pulemyotçusu öz komandirini güllələyib

ermeni esgBu barədə Anspress erməni mətbuatına istinadən məlumat yayıb.
Məlumata görə, daha sonra əsgər intihar edib. Bu gün Dağlıq Qarabağda ölən iki erməni hərbiçisinin ölümünün təfərrüatı bəlli olub. Ermənistanın istintaq komitəsi pulemyotçu Temur Sloyan qulluq etdiyi bölmənin komandiri kiçik serjant Kamo Ovanisyanı pulemyotu ilə güllələdikdən sonra özünün intihar etdiyini bildirib.  

Ardını oxu...

696 hərbi qulluqçu mənzillə təmin edilib

herbcilere evİlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə verdiyi məlumatda qeyd edib ki , yaşayış kompleksi 14 çoxmənzilli binadan ibarətdir.

Ardını oxu...

Azərbaycan ordusu 64-cüdür

OrdumuzGlobal Firepower” hərbi portalı dünyanın ən güclü ordularının illik indeks reytinqini açıqalyıb.
Modern.az saytı hərbi portala istinadən xəbər verir ki, reytinqin başında ABŞ ordusu dayanıb.
126 ölkənin hərbi potensialı – canlı qüvvəsi və hərbi texnikasının sayı, hərbi sənayesinin inkişaf gücü nəzərə alınan reytniqdə Azərbaycan ordusu 1,5221 indeks xalı ilə dünyanın ən güclü 64-cü orudusu seçilib. Ermənistan ordusu 74-cü (1,8231), Gürcüstan 75-ci (1,8434), İran 23-cü(0,7614), Türkiyə isə 10-cu (0,4339) yer alıb.

Ardını oxu...

Şəhid bacısı: Fəxr edirəm ki, qardşım bugün şəhid olub...

Elmir ZeynalovAzərbaycan ordusu daha bir şəhid verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, şəhid olan Goranboyun Əhmədabad kənd sakini Elmir Zeynalovdur. 1994-cü ildə anadan olan Elmir Zeynalov orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Qulluğu başa vurduqdan sonra torpaqlarımızı qorumaq üçün yenidən ön cəbhəyə yollanıb.

Ardını oxu...

4 -dən səhifə 4

Əlaqəli xəbərlər