Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 31°C

Ali Baş Komandan Baş Qərargahın yeni binasında

image-25-06-2016-1.jpgBu gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.

Prezident binada yaradılan şəraitlə və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat veriblər ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait var.

Burada əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar qurulub.

Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb.

Bu maşınların funksiyası və imkanları barədə dövlətimizin başçısına ətraflı məlumat verilib.