Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 3°C

107 azərbaycanlı məxfi əməkdaşlığa cəlb olunub

trend_konfrans_060516_09.jpgƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında işçi qrupunun rəhbər müavini Eldar Səmədov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfransda çıxışı zamanı deyib ki,Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşdüyü, əsir və girov götürüldüyü müəyyən olun. O bildirib ki, 1435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub.

 

    O qeyd edib ki, hazırda dövlət komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır: “Bunlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Müki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmayan uşaqlar olub”.

    E. Səmədov xatirladıb ki, Ermənistan tərəfindən əsir və girov götürülən Azərbaycan vətəndaşları alver predmetinə çevrilib: “69 nəfər Azərbaycan vətəndaşı böyük miqdarda pul ödənilməklə əsir və girovluqdan azad edilib. Eyni zamanda, 107 nəfər əsirlikdə olarkən məxfi əməkdaşlığa cəlb olunub”.

Əlaqəli xəbərlər