Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 20°C

Atəşkəs 122 dəfə pozulub

AteskesMüdafiə Nazirliyinin yaydığı məlumatda  bildirilir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 122 dəfə pozublar.

      Ermənistanın İcevan rayonunun Paravakar kəndindən Ağstafa rayonunun Köhnəqışlaq kəndi və Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki mövqeləri atəşə tutulub. Habelə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndləri vurulub.

     Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu qeyd olunub.

       Qeyd olunub ki, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli vəŞuraabad kəndləri da atəş altında qalıb.Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında da bəzi məntəqələr atəşə tutulub.

       Azərbaycan ordusu da qarşı tərəfə cavab zərbələri endirib.

Əlaqəli xəbərlər