Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 20°C

Bu labüd və qaçılmazdır... Əgər

mnMüdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə Ermənistanın gündəmə gətirdiyi məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Ermənistan kriminal hərbi-siyasi rejimi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır: “Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər.

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar”.

Əlaqəli xəbərlər