Müdafiə Nazirliyi şəhidlərin sayını açıqladı

mnAzərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız  – Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.

Ardını oxu...

Ordumuz şəhid verib

Sehid-23-022017.jpgMüdafiə Nazirliyindən verilən məlumata görə fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Ardını oxu...

Rus və erməni birləşmiş qoşunu yaradılır

Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müvafiq sənəd bu gün rəsmi hüquq informasiya internet portalında dərc olunub.

Ardını oxu...

Ordumuzun baş leytenantı şəhid olub

sehid_14-07-20016.jpgErmənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib. Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.

Ardını oxu...

Ali Baş Komandan Baş Qərargahın yeni binasında

image-25-06-2016-1.jpgBu gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.

Prezident binada yaradılan şəraitlə və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub.

Ardını oxu...

Ali Baş Komandanın tapşırığı ilə

Zakir_Hesenov-08-06-2016.jpgMüdafiə Nazirliyinin  saytı xəbər verir ki,  Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri Zakir Həsənov və nazirliyin  rəhbər heyəti cəbhəboyu ərazidə olub. Hərbi qulluqçuların döyüş, eləcə də atəş və taktiki hazırlıqlarının yüksəldilməsi məqsədilə nəzərdə tutulan təlim poliqonuna gələn nazir ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı görülən işlərlə maraqlanıb.

Ardını oxu...

Hərbi xidmətlə bağlı sərəncam

herb-1.jpgAzərbaycan prezidenti İlham Əliyev Azərbaycan vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Ardını oxu...

Silahlı Qüvvələrimizin əsgəri şəhid olub

Tahirli_Natiq.jpgMüdafiə nazirliyi məlumat verir ki,münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Ardını oxu...

1 -dən səhifə 4

Əlaqəli xəbərlər