Tolikin kitabı, Hadi Rəcəblinin qoyunu - AKTUAL ŞƏRH

tolikBu torpaqlarda yaşamış ən böyük kişilərdən olan Həsən bəy Zərdabinin bir xatirəsi var. Müsəlman Xeyriyyə Cəmiyyəti yaratmaq üçün Şuşaya gedir. Şuşada bəylər Zərdabiyə yaxşı süfrə açır, yeyib-içirlər. Söhbət kasıb müsəlman balalarının təhsili üçün yaradılacaq cəmiyyətə pul yardımı eləməyə gələndə bu yeyib-içən bəylərin hamısı aradan çıxır. Zərdabi ilə Şuşaya gedən erməni həmkarı isə Erməni Xeyriyyə Cəmiyyəti üçün xeyli pul yığır. Mıkrtıç adlı qoca və tənha bir erməni isə suçuluqla qazandığı 990 manatı gətirib cəmiyyətə verir ki, o, ölüb gedəcək, təki erməni balaları təhsil alsın. Zərdabi daha sonra yandığından yazır ki, bütün Qarabağ bəylərinin o Mıkrtıç qədər milli qeyrəti yoxdur.
Müqayisə uğursuz görünə bilər, ancaq dünən prodüser Tolikin Seymur Baycanın kitabına sponsorluq eləyəcəyi xəbərini oxuyanda ağlıma ilk gələn söhbət bu oldu, nədənsə. Çox dəhşətlidir. 100 ildən çox keçib, ancaq bu torpaqlarda yaşayan insanların şüurunda bir qram da irəliləyiş olmayıb.

Ardını oxu...

“Marsa üç günə getmək olar”

MarsYüz il qabaq birinci transatlantik uçuşa 23 gün vaxt getdi. Bir azdan Mars planetinə uçmaq üçün də bizə təxminən o qədər vaxt lazım olacaq. Bundan ötrü lazer texnologiyasının təkmilləşdirilməsi lazımdır.
usatoday.com belə yazır. NASA alimi Philip Lubin-in sözlərinə görə, yanacaq əsaslı raket mühərrik sistemi foton əsaslı sistemlə əvəz edilərsə, kosmik səyahətlər zamanı sürət əhəmiyyətli dərəcədə arta bilər. Elmi izaha görə, Yerin orbitində lazerlərdən ayrılan işıq zərrəcikləri kosmik gəminin üzərindəki “böyük, əksedici yelkən”də əks olunaraq hərəkətverici qüvvə yaradacaq. Bu da, gəmini inanılmaz sürətlə lazım olan yerə çatdıracaq.

Ardını oxu...

"Ədəbi yuxular" müzakirə edildi

Selim BABULLAOGLUBu gün Səməd Vurğunun Ev Muzeyində, Vaqif Səmədoğlu Mərkəzində  şair  və  tərcüməçı ,Dünya ədəbiyyatı" dərgisinin  redaktoru Səlim  Babulloğlunun"Ədəbi yuxular" kitabının  müzakirəsi  keçirilib.

Ardını oxu...

2015-ci ildə 26 916 cinayət faktı qeydə alınıb

Kriminal 1Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı 277 olub. Onların 57,1 faizi az ağır, 28,3 faizi böyük ictimai təhlükə törətməyən, 14,6 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir. "Report"un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

Ardını oxu...

9 -dən səhifə 9

Əlaqəli xəbərlər