Bu gün İsmayıl Vəliyevin doğum günüdür

Ismayil Veliyevİsmayıl Ömər oğlu Vəliyev 1951-ci il martın 18-də Ermənistan SSRnin Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olmuş, 1965-ci ildə 8 illik məktəbi, 1968-ci ildə isə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Şınıq sovxozunda və Ağtala Tikinti Məmulatları Kombinatında fəhlə işləmişdir. Bakıda 8 nömrəli texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirib "Leninneft" trestinin Neft və Qazçıxarma İdarəsində elektrik montyoru peşəsində çalışmışdır.

Ardını oxu...

"Qalatasaray"da yeni baş məşqçi

Tam Olde"Qalatasaray" klubunun yeni baş məşqçisinin kimliyi açıqlanıb.  Türkiyə mediası i xəbər verir ki, komanda hollandiyalı mütəxəssis Yan Olde Rikerinkə tapşırılıb. 53 yaşlı mütəxəssis mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Ardını oxu...

“Mən həmin vaxtlar yaman içən idim."...

41 atam“41- Atamın Portreti” – Oğul Buş Ata Buş Haqda Yazır (3-cü hissə)
Prezident Riçard Nikson Corc Buşun siyasi karyerasında mühüm rol oynayıb.
Corc Buş Konqresdə olarkən oğlunun onu görmək imkanları məhdud olurdu.  Həmin illərdə müəllif Texas Milli Hava Qvardiyasında pilotluq üzrə təlimlər keçirdi.  Atası onu Vaşinqtonda “Apollo 8” missiyasının rəhbəri kosmonavt Frank Bormanla nahara dəvət edəndə gənc pilotun şübhə üçün əsası yox idi.  “Sonra ata öz gizli motivini açıqladı,” Buş xatırlayır. “‘Mən Trişa Niksonu da dəvət etmişəm. Fikirləşdim ki, tədbirə bir yerdə getsəniz, əyləncəli olar,’ atam söylədi.”  Buş pilot dostlarına deyəndə ki, atası onu prezidentin qızı ilə calamağa çalışır, heç kəs inanmırdı.  50 dollardan mərcə girən Buş Vaşinqtona gəldi.  Amma Buşa bu mərcdən qalan elə o 50 dollar olacaqdı.  “Mən həmin vaxtlar yaman içən idim.  Nahar vaxtı əlimi yağa uzadanda stəkanı yıxıb, şərabı dağıtdım. Süfrə qırmızı rəngə boyananda məni dəhşət götürdü. Sonra siqareti damağıma qoyub alışdırdım.  Bu hərəkətimdən əsəbiləşən Trişa məndən siqareti söndürməyi xahiş etdi.  Nahar bitəndən dərhal sonra məndən onu Ağ Evə aparmağı tələb etdi.”

Ardını oxu...

Gənc Tamaşaçılar Teatrında Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib

24f4d3fd0d54438567d8c5c9c9620eadAPA-nın xəbərinə görə, tədbirdə yazarın qələm dostları, oxucular iştirak edib. Qan Turalı bu kitabın onun yaradıcılığında önəmli yer tutduğunu deyib: "Roman iki paralel süjetdən ibarətdir. Birinci süjetdə qədim Azərbaycan tarixi ilə bağlı hadisələr işıq üzü görür. Müasir roman isə bir yazıçı haqqındadır və hər iki hissə üzvi şəkildə bir-birinə bağlıdır. Bu romana özüm də çox inanıram və ümid edirəm ki, bu roman Azərbaycan oxucusunun da zövqünü oxşayacaq”.

Ardını oxu...

"Eurovision" təmsilçimiz bəlli olub

eurov2016Martın 10-da Azərbaycanı bu ilki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

    İTV-nin  məlumatına görə,Martın 10-da Azərbaycanı bu ilki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib. Münsiflər heyəti yarışda Azərbaycanı Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, mahnı müsabiqəsində "Miracle" mahnısını ifa edəcək.

Ardını oxu...

7 -dən səhifə 9

Əlaqəli xəbərlər