Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 10°C

Kitablarından 10 milyon 780 min nüsxə satılıb

Türk satirik yazıçısı Əziz Nesinin kitablarının müəllif haqqlarının sahibi "Aziz Nesin Fondu"nın yaydığı məlumata görə, 1946-cı ildə ilk dəfə nəşr olunan Əziz Nesin-in kitablarından o zamandan indiyə kimi Türkiyədə 10 milyon 780 min nüsxə satılıb.

Fondun yaydığı açıqlamada deyilir ki, "Bu hər on min adamdan birinin mütəmadi kitab oxuduğu ölkəmiz üçün qeyri-adi göstəricidir. Qəzet və bankların özlərini reklam etmək üçün hədiyyə etdikləri və 1982-ci ildən bəri kiçik bröşürlər şəklində sellə-sular kimi satılan kitabları saymasaq, Əziz Nesinin ən çox məşhurlaşdığı 1955-ci ildən sonranı nəzərə alsaq aşağıdakı statistik məlumatlarla qarşılaşırıq:

- Əziz Nesinin illik kitab satışları 100.000 nüsxədir

- Adam başına alınan Əziz Nesin kitabları illik hər min nəfərə 2,37 kitabdır.

- Əziz Nesinin ən çox kitabı 1755-ci ildə satıldı, onda satılan 278 min kitabdan, Türkiyə əhalisinin hər min nəfərinə 6,89 kitab düşürdü.

- Əziz Nesinin dünyasını dəyişdiyi 1995-ci ildə 214 min kitabı satılıb.

- 2005-ci ildə Nesin nəşriyyatı yaradılandan sonra, yazıçının ildə 130 min kitabı satılıb.

- Son beş ildə yazıçının hər ilə təqribən 166 min kitabı satılıb".

"Aziz Nesin Fondu" həmçinin xəbər verir ki, ilbəildən Aziz Nesinin kitabları daha çox satılır, əgər əvvəllər ildə ortalama 100 min nüsxə Aziz Nesin kitabı satılırdısa, son beş ildə bu rəqəm 166 minə yüksəlib.

azadliq.org

Əlaqəli xəbərlər