Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 35°C

Almaniya hökuməti Tomas Mannın evini sökülməyə qoymadı

Nobel mükafatı laureatı Thomas Mannın Kaliforniyadakı villası sökülmək təhlükəsi altında idi. O burda mühacirətdə yaşayarkən 10 ilini keçirmişdi. Ancaq axır ki, villa alıcısını tapıb.

Alman qəzeti "Süddeutsch Zeitung" xəbər verir ki, villanı Almaniya hökuməti alıb və bu hökumətə 13,25 milyon dollara başa gəlib. Almaniya xarici işlər nazirliyi bu villada gənc və istedadlı alman yazarları üçün istirahət mərkəzi yaratmaq istəyir.
Thomas Mannın villası Kaliforniyadakı Los-Angeles şəhərinin ən bahalı və dəbli yerindədir. Nobel mükafatı laureatı alman yazar bu evdə 1942-ci ildən 1952-ci ilə qədər yaşayıb. O, 1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlməsi ilə ölkəni tərk edib, 1938-ci ildən başlayaraq ABŞ-da yaşayıb. O burda alman mühaciər ziyalılarının liderlərindən birinə çevrilib. Nasistlər isə buna cavab kimi onu vətəndaşlıqdan çıxarıb.
Thomas Mannın villası palma ağacları arasında elə də nəzərə çarpmayan kiçik bir evdir, "Ancaq onu memarlıq üslubuna görə yox Thomas Mann orada yaşadığı üçün qorumaq lazım idi". Bunu Almaniyada olan təqiblərə məruz qalan sənət mərkəzinin rəhbəri Jürgen Kaumkötter deyir. Məhz o ilk dəfə villanın Almaniya hökuməti tərəfindən alınması gərəkdiyi fikrini ortaya atıb.
azadlıq.org

Əlaqəli xəbərlər