Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 27°C

Xarici tamaşalar oynamaq qadağan olunur

image.jpgTürkiyədə yeni mövsümdə dövlət teatrlarında xarici tamaşalar oynamaq qadağan olunur.
Türkiyədə sentyabrın 4-ü 8 tamaşa ilə 65 ayrı teatrda mövsümü açacaq dövlət teatrlarında b ildən ancaq yerli yazıçıların əsərləri oynanılacaq. Bunu Türkiyədə dövlət teatrları idarəsinin rəhbəri Nejat Birecik bildirib, o bu addım “Milli-mənəvi hissləri möhkəmləndirmək üçün humanist vətən millətçiləri olan teatr sənətkarlarının vətənin bütövlüyünə dəstək olması üçün atılıb”.
Türkiyənin baş naziri Binali Yıldırım isə bu xəbəri “müjdə” kimi xarakterizə edərək: “2016-2017-ci il mövsümündə teatrımızda ancaq yerli tamaşalar səhnələşdiriləcək” – desə də, sonradan Türkiyənin Mədəniyyət və Turizm nazirliyi bu xəbərin xarici tamaşalara yer verilməyəcəyi kimi anlaşılmamalı olduğunu bildirib.

Siyahılar hazırlayıb teatr ustalarını sorğu-suala çağırırlar
Teatrlara qoyulan bu qadağa türk teatr adamları arasında birmənalı qarşılanmayıb. Tanınmış türk aktyorlarından biri Orhan Aydın məsələ ilə bağlı “Sol Haber” qəzetinədeyib ki, bu qadağançılıqdır və Türkiyə tarixində ilk belə hadisədir.
Bundan əlavə Orhan Aydın Dövlət Teatrları idarəsinin əyalətlərdə olan teatr rəhbərlərinə onlarca aktyor və rejissoru işdən çıxartmaq üçün siyahılar yollayıb.

“Həm dövlət teatrlarında, həm də opera-balet, sinfoniya və xorlarda olan teatr sənətçilərinin siyahıları hazırlanır və sorğu-suala çağırılır”. – deyə Orhan Aydın bildirib.
azadlıq.org

Əlaqəli xəbərlər