Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 21°C

Hər il "Qarpız Kraliçası" seçilir...

qarpiz-24-08-2016-55.jpg
Azərbaycanda, Sabirabad şəhərində keçirilən ilk "Qarpız festivalı" sosial media istifadəçilərinin və regional xəbər agentliklərinin marağını cəlb edib, xüsusilə də pəhləvanların qarpız yarışı.
Amma sən demə bütün dünyada bu meyvəyə xüsusi sevgi varmış - Amerikada da daxil olmaqla bəzi ölkələrdə sadəcə ən dadlısını axtarırlar.

ABŞ

qarpiz-24-08-2016.jpg
New Orleans Jazz festivalının birinci günü "qurban verilən qarpız" (foto 2006-cı ildəndir)

Hər il ABŞ-ın müxtəlif ştatlarında, xüsusilə də ölkənin cənubunda qarpız festivalları keçirilir.
2016-cı ildə ölkə boyu bu meyvəyə həsr olunmuş 51 tədbir keçiriləcək, watermelon.org saytı xəbər verir. Onların çoxu Florida və Texas ştatlarında baş verir.
Hər festival qarpızın müxtəlif cəhətlərini üstün tutur. Məsələn, "North Carolina Watermelon Festival"da hər il "ən dadlı və şirin qarpız" uğurunda yarış keçirilir. "Mississippi Watermelon Fest"də isə "ən böyük qarpız" axtarılır.
New Orleans Jazz festivalının birinci günü "qurban verilən qarpız" artıq ənənəyə çevrilib.

qarpiz-24-08-2016-1.jpg
1957-ci ilin "Qarpız Kraliçası" Frances Leyton

Floridada isə hər il "Qarpız Kraliçası" seçilir. Qarpız Kraliçası qarpız sənayesinin sözçüsü kimi ABŞ və Kanada şəhərlərinə səfərlər edir.

İran

qarpiz-24-08-2016-2.jpg
İranda Çillə gecəsi üçün hazırlıqlara qarpız da böyük rol oynayır (foto 2007-ci ildəndir)

Qarpız festivalı olmasa da, Çillə gecəsi kimi qeyd olunan bayram günü qarpız xüsusi əhəmiyyət daşıyır.
Hər il ilin ən uzun gecəsi ailə yığışır, birlikdə şam yeməyi yeyir. Yayda becərilmiş qarpızlar xüsusilə çillə gecəsi üçün saxlanılır.
Bəziləri inanır ki, Çillə gecəsi qarpız yeyən adam yay aylarında sağlam olacaq, istidən qoruna biləcək.

Çin

qarpiz-24-08-2016-3.jpg

Qarpızlarına görə məşhur sayılan Daxingdə dördbucaq qarpız 2008-ci ilin Pekin
Olimpiya Oyunlarının rəmzlərini daşıyır (foto 2006-cı ildəndir)

Hər il may ayının sonunda keçirilən Daxing Qarpız Festivalında da yarışmalar keçirilir.
Pekinin cənubunda yerləşən Daxing ərazisində, "qarpız şəhəri" kimi tanınan Xigua bu festivala ev sahibliyi edir. Festival iyula qədər davam edir.
Burada da ən dadlı, ən şirin və ən gözəl qarpızlar uğurunda yarışlar keçirilir.

Macarıstan

qarpiz-24-08-2016-4.jpgMacarıstanda da 1995-ci ildən bəri hər il avqust ayında bu meyvəyə həsr olunmuş populyar festival keçirilir.
Məsələn, bir neçə il əvvəl Rumıniya ilə sərhədə yaxın yerləşən Medgyesegyhaza şəhərindəki üç günlük festivala qatılmağa "on minlərlə adam" gəlmişdi, məlumatlarda deyilir.
Macarıstanda keçirilən festival digərlərindən bir qədər fərqlənir - burada keçirilən yarışlarda ən yaxşı nəticə əldə edən adam "Qarpız Cəngavəri" seçilir.
Yarışlar arasında junqlyorluq, qarpızın yeyilməsi və qarpızın çəkisini tapmaq da varmış.
bbc.com

Əlaqəli xəbərlər