Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 9°C

Fatih Terim TRT-dən imtina edib

Fatih_Terim.jpgAvropa çempionatının qrup mərhələsində son matçdan sonra təşkil edilən mətbuat konfransında ilk görüşdə səhvə yol verdiyini etiraf edib: “  Amma bu dəfə komandamız daha yaxşı idi. Futbolda taktika, fiziki hazırlıq, sistem önəmlidi. Amma Türkiyənin ortaq nöqtəsi olan hissləri, ürəyi, məğlubiyyətə refleksi ilk iki matçda görə bilmədiyimiz üçün məyus olmuşdum. Bu gün bunların hamısını gördüm. Düşünürəm ki, hətta E və F qruplarını da gözləməyə bilərdik. Futbolçularımız psixoloji cəhətdən çox yorulmuşdular. Bunu ancaq qələbə ilə dağıtmaq mümkün idi”.

Terim azarkeşlərin növbəti mərhələlərdə daha güclü Türkiyə yığması izləyəcəyini bildirib: “Bu gözəl mübarizənin nəticəsi mərhələ adlamaq olar. Belə olarsa, bu qələbənin bir əhəmiyyəti qalar. Qrupdan çıxa bilməsək, çox üzülərəm. Bu bir həqiqətdi ki, biz yolumuza davam etsək, yenidən başlamış kimi olacağıq. Bundan sonra daha yaxşı olacağını düşünürəm. Təcrübəm belə deməyə əsas verir”.


 Çexiya ilə görüşü yüksək səviyyədə keçirən gənc yarımmüdafiəçi Əmrə Mora  İspaniya ilə qarşılaşmada  şans verməməsinin səbəbini də izah edib: “İspaniya ilə görüşdə Əmrəni özüm meydana buraxmadım. O həngamədə belə bir futbolçunu itirə bilərdik. Bura xilaskar kimi gəlməsi onu qazanmaq baxımından çox önəmli idi. Məncə, Türkiyə yığması çox önəmli bir futbolçu qazandı. Əmrə bundan sonra meydana daha inamlı çıxacaq. Çexiya ilə oyunda onu sona qədər meydanda saxlamaq fikrim var idi. Amma yorulduğu üçün özü çıxmaq istədi”.

Terim mətbuat konfransında TRT əməkdaşının sualını cavablandırmaqdan imtina edib. O, bundan sonra TRT-yə açıqlama verməyəcəyini də bildirib: “TRT-nin suallarını cavablandırmıram. Sizinlə bir əlaqəsi yoxdu. Bundan sonra nə TRT-nin studiasına gedərəm, nə də suallarını cavablandıraram”.

Apasport.az

Əlaqəli xəbərlər