Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 10°C

Səlman Mümtazın qızı Şəhla Həmid Araslını biabır elədi...

Xəlil Rza Ulutürkün gündəliyindən,

3 yanvar 1965-ci il.

 1926-ci ildəki tuthatutdan, can verəndə Toğrul Cavid oğlunun öz yaxın qohumu, Nazirlər Sovetinin sədr müavini Şamili görmək istəməsindən və sonuncunun namərdliyindən danışırıq.

Söhbətin istiqamətini dəyişib Səlman Mümtazın üstünə gətirirəm.

 -Mümtaz canlı kitabxana idi,- deyə Əkrəm Cəfər vəcdə gəlir. Türk alimləri ilə qoç kimi döyüşərdı. Tarixçi -etnoqraf Əjdər Ələsgərzadə ilə birlikdə Füzulinin elmi –tənqidi mətnini hazırlamışdılar. Əjdər maştağalı idi, gözəl xətti vardı. Xətrini çox istərdı. Səlman Mümtaz olduqca kəskin hafizəyə malikdı. Nitqinin, Məhtumqulunun, Füzulinin nə qədər əlyazmasını toplamışdı. Ancaq bir səhv buraxıb türk şairi Nitqinin şeirlərini bizim Nitqi Şirvaninin adına çap etdirmişdı. Türk şairləri bura gələndən sonra bəlli oldu, bizimkiır də hayıf alıb Səlman Mümtaza geninə-uzununa döşədilər.

Səlman Mümtaz əlyazması uğrunda hər cür mübarizəyə əl atıırdı. Çoxlu pul vermək, şirin dil tökmək, mollalıq etmək, ağlamaq, bunların heç biri fayda verməyəndə oğurlamaq belə onun iş üslubuna daxil idi. Günlərin birində eşidir ki, Seyid Əzimin əlyazması durur, oğlu Seyid Cəfərdədir. Seid Cəfər də avamın biri. Gəlir yanına dəsmal götürüb ağlayır ki, ağamı yuxuda görmüşəm. Mənə dedi ki, kitabım var, get “nur didəm Cəfərdən al.” Seyid Cəfər də onun yağlı dilinə aldanıb atasının nadır əlyazmasını verir Səlman Mümtaza. Həftə ötür, ay keçir, əlyazması qayıtmır. Səlman Mümtaz Əlyazmanı qaytarar?

İş düşür məhkəməyə. Məhkəməyə bir gün qalmış Salman zəng edir Ruhulla Axundova ki, bəs hal-qəziyyə belə, Az.FAN üçün əlyazması tapmışam, əlimdən almaq istəyirlər. Ruhulla da Səlmanın xətrini çox istərdı. Ertəsi gün məhkəmənin şirin vaxtında hakimə xəbər verirlər ki, sizi yuxarıdan telefona çağırırlar.

Hakim gedir, bir azdan pərt qayıdır, məhkəməni təxirə salıb buraxır.

Tutulanda əlyazmalırını da aparırlar MVD-yə.

Rəngsazlar kitabları ayaq altına qoyub divarları rəngləyirmişlər. Biri Füzulinin divanını görür, gətirir verir Az.FAN-ın direktor müavini Mir Əhəd Yaqubova. Mir Əhəd onda Qubkinin müavini idi, o da çağırır Əjdər Ələsgərzadəni. Əjdər Əlyazmanı dərhal tanıyır.

-Neçəyədir.

-Satmıram götürün-deyə fəhlə cavab verir.

Səlman Mümtazın qızını vaxti ilə Mirzə İbrahimov istəyirdi. Vermədi. Şəhla atasına layiq igid qızdır. Bu yaxınlarda Həmid Araslını ifşa etdı. Sən demə, Həmid Araslı Səlman Mümtazın Ələsgərzadə ilə birlikdə hazırladığı Füzuli mətnini ələ keçirib 1944-cü ildə nəşr etdirir, həm də qüsurları makina xətaları ilə birlikdə nəşr etdirir.

Şəhla MK-dan tutmuş ta Məmməd Arifə qədər zəng edib, gedib Həmidi biabır etdi. Axırda Həmid boynuna almağa məcbur oldu.

Acgözlük, pulgirlik və şöhrət azarına tutulmuş Həmid 1944-cü ildə nəşr etdiklərini verir İsmət xanıma ki, dübarə çap etsin. Makina hara, Füzuli hara? Makinadan çıxandan sonra başdansovdu yoxlayıb göndərir mətbəəyə.

M.Sultanov,Zərinazadə və Ə. Cəfər məqalə yazıb Füzulinin yubiley nəşrinin bərbad olduğunu bildirmişlər.Məqalə 1959-cu ildə “Şərqşünaslıq institutunun elmi əsərləri”nin birinci cildində nəşr edilmişdir...

Əli bəy Hüseynzadə “Faustu” ruhən, qəlbən mənimsəmiş bir sənətkardır. ”Faust” azərbaycan dilində tərcümənin klassik nümunələrindən biridir. Amma dili qəlizdir. Buna görə də indi oğul gərəkdir ki, iki il dizini qatlasın, Ə. Hüseynzadənin tərcüməsini yenidən işləyib çapa versin, yüngülləşdirsin.

-Əkrəm müəllim, axı biz Əli bəyi irtica cəbhəsinə yuvarlanmış bir burjua münəvvəri adlandırırıq. Bu necə olsun , “Füyuzat” axı...

 -Yox “Füyuzat” mürtəce jurnal deyildi.

“Füyuzat” qanlı Sultan Əbdülhəmid əleyhinə çıxarılırdı. Əgər Molla Nəsrəddin Azərbaycan xalqının daxili düşmənlərinə, iran irticasına atəş açırdısa , “Füyuzat” türk sultanlarını baltlayırdı.

İş o yerə çatdı axırda Sultan Əbdülhəmid jurnalı nəşr edən Hacı Zeynalabdin Tağıyevə sifariş göndərdı:

-Bir yandan quranı tərcümə edib mənə göndərirsən, bir yandan da“Fuyuzat”ı buraxıb mənə divan tutursan?

Bu sifarişdən sonra “Füyüzat” qapandı, cəmi bir il sürdü.Türk sultanlığı onda ən irticaçı dövrünü yaşayaırdı.Dalında ingilis durmuşdu.Sultan Əbdülhəmid özünü bütün islam dünyasının əmiri hesab edirdi.Sultan tərəfdarı olan bir şair, gərək Qara Kazım tərəfindən yazılmış bir şeir o zaman çox məşhur idi.

Midhəti mülkündən etdi dərd Əmirəlmöminin, Netəkin, şeytanı cənnətdən çıxartdı kirdikar.

Burada “kirdikar” deyəndə -Allah, şeytan deyiləndə- Mİdhət, Əmirəlmomünin deyəndə -Sultan Əbdülhəmid nəzərdə tutulur. Midhət o zaman türkiyədə hürriyətpərvərlərin rəhbəri omuşdur.

Guya Sultana sui-qəsd etmək fikrinə düşüb, deyə ittiham olunaraq məhkəmə ona 1881-ci ildə güllələnmə kəsmişdir, sonra güllələnmə sürgün ilə əvəz olunmuşdur. 1884-cü ildə Sultanın adamları tərəfindən Ərəbistanda öldürülmüşdür.

İrtica güclü olanda poeziya bir o qədər də güclənir, döyüşür. Odür ki, Türkiyədə çox gözəl şairlər yetişib. Faruq Nafizi ,Nəcib Fazili bizim Müşfiq çox sevərdı.

Əkrəm Cəfər daha sonra Süleyman Nəzifdən bəhs açır.

Süleyman Nəzif öləndə “Kommunist”də bir məqalə dərc olunmuşdu.

Onda -1926-cı ildə mən Lənkəranda müəllim işləyirdim. Süleyman Nəzifin məzarı başında nitq söyləyən Əbdülhəq Hamidin bu sözləri eynilə yadımdadır: ”Süleyman Nəzif mənim kolum-kanadım idi, onsuz mən nə yürüyə bilərim, nə uça bilirəm, Süleyman Nəzif yıxılan bir cahandır.”

O vaxtlar azərbaycan mətbuatı cəsarətli idi. Kişilik vardı.

1918-19-cu illərdə Fuad Köprülüzadə , Süleyman Nəzif yığışırlar Zəkəriyyə Sertelin evinə. Birinci mərtəbədə Zəkəriyyə, ikinci mərtəbədə isə Abdulla Cövdət yaşarmış. Abdulla Cövdət Şekspirin türkcə mütərcimidir. ”Anqlo-saksonların əsbabi faiqiyyəti “ adlı əsəri 7 hissədən ibarətdir. İzah edir ki, ingilislər nə üçün müvəffəq olublar. Xəyyamı ilk dəfə türk dilinə tərcümə edən də odur. Misirdə “İttihad”qəzetini Sultan Əbdülhəmid əleyhinə çıxarırdı. Bizim qəzetlərdə dönə-dönə şəkli verilmişdi. Sabirin vur-tut bir nəzirəsi vardı. “Səbəb boynu yoğun oldu” şeiri Abdulla Cövdətə nəzirədir.

Zəkəriyyənin evinə toplaşıb gizli fəaliyyət göstərənlər Abdulla Cövdətə sataşmaq üçün həyətdə top –top oynayan uşaqlardan birinə deyirlər ki, topu vur o pəncərəyə. Pəncərəsindən top keçən Abdulla Cövdət bir azdan sonra pəncərədən boylanır, ona sataşanları tanıyır və yanlarına gəlir.

Ertəsi gün bunların üçünü də tuturlar, ingilis əleyhinə iclas qurmaqda itiham edirlər.

Həbsdən xilas olandan sonra Süleyman Nəzif ilə Abdulla Cövdət küçədə rastlaşır. Süleyman Nəzif Cövdətin çopur üzünə baxıb deyir:-Zatən cənabi həqq kəndi dırnaqları ilə həyanı sənin üzündən qoparıbdır. Bu sözlər sonra bütün Türkiyədə yayılıb...

Daha sonra hələ inqilab və müsavat dövründə Dalğa və qoşma kitabları nəşr etdirmiş Əhməd Cavaddan,1957-ci illdə həmin kitabları yalvar- yaxarla Ə.Cəfərdən alan Rahimin şərəfsizliyindən, həmişə Müşfiq ilə gəzən bu fitnəkarın məkrli xəbis təbiətindən danışan müsahiblər araq piyaləsi və yağ-soğanda qızardılmış bolqar toyuğu süfrəsi arxasında gedən söhbəti İbişin gəlişi ilə kəsməyə məcbur olurlar. İbiş ilə evin içində top-top oynayırıq.

Mənim əziz İbrahimm,

Güldən əziz ibrahimim,-deyən Əkrəm Cəfər onu nə qədər sevir, əzizləyir...