Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 27°C

“Səməd Vurğun venasını kəsməyə macal tapmamışdı...”

Adelina Adalis:  Moskvaya  gələndə Səməd  Vurğun  qadınlarla  gəzməyi, şərab  içməyi  xoşlayırdı.

28-may.az Xəlil  Rza Ulutürkün rus  şairəsi, Səməd  Vurğunun bir sıra  əsərlərini  rüs dilinə cevirən mahir tərcüməçı Adelina Adalis ilə dahi azərbaycan şairi  haqqında etdiyi söhbəti ixtisarla təqdim edir. Qeyd edək  ki,  söhbət 1966-cı ildə qələmə  alınıb.

Bu səhər görüşünə gəldiyim Adelina Adalisi heç vaxt unuda bilmərəm.

Rus qələm dostları içində bəlkə də Səməd Vurğunu ən çox tanıyan və sevən məhz bu qadındır.

63 yaşı olmasına baxmayaraq həm bir şair, həmdə bir insan kimi ruhən cavan qalan bu qadın Səməd Vurğun haqqında danışmaqdan doymur:

-Mən Səmədlə 1930-1931- ci illərdə tanış olmuşam. Hələ o zaman hiss etmək olurdu ki, Vurğun gələcəkdə böyük şair olacaqdır. Səməd Vurğunun dili qılınc kimi kəskindi. Bir də paxıllıq, həsəd nə olduğunu bilmirdi. Dağ boyda ürəyi vardı. Onun bu keyfiyyətləri getdikcə öz poeziyasında əksini tapmağa başladı.

Mən Səməd vurğunu tərcümə etməklə fəxr edirəm. Səmədlə işləmək səadətdir. Doğrudur , çox mübahisə edirdik. Səməd inandırmağa çalışırdı ki, onun şeiri daha güclüdür. Mən isə sübut etmək istəyirdim ki, yox, filan yerdə tərcümə orijinaldan qüvvətlidir.

“Vaqif” pyesinin tərcüməsi üzərində, xüsusi ilə, ləzzətlə işləmişəm. Tərcüməni başa çatdırandan sonra gördüm nəsə çatmır. Əsəri bir kənara qoyub Vaqifi, Vidadini öyrənməyə başladım. 19-cu əsr Azərbaycanını dərk etməyə girişdim. Səməd Vurğuna bildirdim ki, Eldar xətti Vaqiflə möhkəm bağlanmır. Vaqifi xalq sərkərdəsi, üsyan başçısı kimi qələmə vermək tarixi həqiqətə uyğun deyil. Pyesin ümumi pofosu həmin qüsuru unutdursun. Səməd mənim fikrimə az-çox əməl etdi. Mən də tərcümə üzərində yenidən işlədim.

S.Vurğun “Azərbaycan” şeirinin tərcüməsini çox bəyənirdi. Səməd Vurğun obyektiv olduğu qədər subyektiv şairdir. Onun mənəviyyatı əsərlərində aydın əks olunmuşdur.

“Muğan”ı tərcümə edərkən mənim ürəyimi iki duyğu qapladı, sevinc, bir də qorxu. Sevinirdim ki, Səməd artıq yetişmişdir. ”Muğan” yalnız onun deyil həm də bütün Sovet şeirinin ən qüvvətli əsərlərindən biridir. Bununla bərabər qorxurdum. Patomu şto zdes bılo predçustviye smerti. Doğrudur, “Mugan” Səmədin vəfatından 8 il əvvəl qələmə alınmışdır. Ancaq mənə elə gəlirki , Səməd burada ömrünün qüruba yaxınlaşdığını hiss edir və yalnız ayrı-ayrı misralarda deyil, Poemanın ümumi ruhunda bildirir:

Kür qırağı ... qarayazı ... göy çəmən.

Qoşa palıd ... tüstülənən od ocaq.

Saç ağardı unutmadım sizi mən,

Hansı şair sizi birdə yazacaq?

Sonuncu beytə bir də diqqət yetirin: “Saç ağardı unutmadım sizi mən, Hansı şair sizi birdə yazacaq?”

Bu misralarda Səməd Vurğun ölümün yaxınlaşdığını duyur. “Muğan” – eto ispoved. Bu poemada sevinc, kədər həyat eşqi , vətən məhəbbəti bir-birinə qarışmış və gözəl bir simfoniya yaranmışdır.

“Muğan”poetik gündəlikdir. Böyük şairlərin hamısı öz ölümlərini qabaqcadan duymaq qabiliyyətinə malikdir. Səməd Vurğunda bu cür duyma və sezmə daha güclüdür. Yaradıcılığının son məhsullarından olan “Şair nə tez qocaldın sən?” , “Mən tələsmirəm”, ”Unudulmuş tək məzar”, “Gödəkcə” kimi şeirlərdə, həmçinin “Düşüncələr”də həyatı sevən, ondan dörd əlli yapışan, bununla belə ölümün labüd olduğunu bilən şairin mənəviyyatı verilmişdir.

Ölüm günündə xəstə insan bir  qədər  sağalmış kimi olur, sonuncu həyat qüvvələri toplanır, xəstənin üz-gözü nurlanır. Mənə elə gəlir ki, bu xüsusiyyət  Səmədin poeziyasında da öz əksini tapmışdır. Vurğunun son dövr yaradıcılığında daha qüvvətli bir işıq  yanır. ”Zamanın  bayraqdarı”  poeması bütün  bəşər  tarixini qavramağa çalışan şairin aydın, işıqlı düşüncələri ilə doludur. Mən  deyərdim ki, “Mən tələsmirəm”  şerində bədii təfəkkür  nə qədər geniş, hətta mən deyərdim ki, hüdudsuzdur.

Bir  günün ərzində  illərlə  yansın

Al günəş gözündən nur yağa-yağa.

Ömür kitabını tamamlamağa 

Çox  da can atmasın əlimdə  qələm

Mən tələsmirəm,

Mən tələsmirəm.

S.Vurğun ”Ömür  kitabının tamamlandığını “ duyduğu  üçün belə deyirdi. Ancaq onu düşündürən yalnız  öz  ölümü deyildi, ümumiyyətlə, həyatın və ölümün mənası, bəşəriyyətin taleyi idi.

Mənim fikrimcə S. Vurğun Yeseninə  çox  bənzəyirdi. Əlbəttə, poetik fikrin genişliyinə görə Vurğun Yesenindən çox böyükdür. Yesenin gənc  şair kimi həyatdan getdi. Qəlbindəkilərin onda birini deməyə  macal  tapmadı. Ancaq  Yeseninin  Səmədlə birləşdirən oxşarlıq  budur ki, hər ikisi böyük şöhrətə , nüfuza malik  olduğu halda ,həyatdakı bir sıra faktlar ilə barışa  bilmirdilər. Səməd 1937-ci illə bağlı olan faciələri  görmüşdü.

1953-cü ildən sonra bu faciələr bütün çılpaqlığı ilə meydana çıxanda Vurğunun yaraları köz-köz  olmuşdu. Açılmışdı.

Ömrünün son illərində Vurğun daha fikirli daha  pərişan idi .O, Müşfiqi  həyəcansız xatırlaya  bilmirdi. Müşfiqin adı çəkiliəndə tutqunlaşır, papiros yandırır, bəzən bir saat  fikirləşir, yalqız düşünməyi üstün tuturdu. Müşfiqin adı çəkiləndə Səmədi heç vaxt sorğu-suala tutmazdım. Bilirdim ki, uzun müddət  dinməyəcək, içəridə  yanmaqla  dərdlərini ovundurmağa  çalışacaq.

Moskvaya  gələndə Səməd  Vurğun  qadınlarla  gəzməyi  içməyi  xoşlayırdı. Ancaq mənim  zənnimcə, bu  da zahiri  maska  idi. Onun mənəviyyatı qadınla məşğul  deyildi, tamam başqa  məsələlərlə məşğul idi. Qadınla  gəzmək , şərab  içmək isə içəridə alışıb yanan dərdləri  ovundurmaq vasitəsi  idi.

Hüseyin Cavid  kimi böyük  dramaturqun ,Müşfiq kimi büllur istedadın məhv olmasını öz  gözləri ilə görən və  sonra  bunun ən çirkin vasitələrlə həyata keçirildiyindən  xəbər tutan Vurğun kimi həssas  bir sənətkar çoxmu  ömür sürə bilərdi?

Səmədin ölümü  labüd  idi. U neqo bılo  volya  k  smerti. Mən Bakıda  azərbaycan qocalarını  dinləmişəm. Onlar deyirdilər ki, Səməd  özünü  öldürüb. Bu sözdə müəyyən bir həqiqət var. Səmədin  yatağından kağıza  bükülü ülgüc tapılan zaman oğlu Vaqifin üstünə  necə qışqırması da məlumdur. S. Vurğun  özünü  öldürmək  fikrini  boynundan  atmaq  üçün qəsdən  uşağı  danlamışdır:

“Ayə bunu  niyə  gətirib  əlindən salmısan? Burada  qələm yonarlar.”

Əslində, Səməd Vurğun venasını kəsməyə macal  tapmamışdı. Ülgüc sürüşüb yatağın ortasına qədər gəlib  çıxmışdı. Əlbəttə, Səməd  Vurğun özünü öldürməklə öz  əzizlərini əzab-əziyyətdən xilas etmək istəyirdi. Çünki  ölümcül xəstə olduğu müddətdə Xavərin, Yusifin, Vaqifin, Aybənizin nələr çəkdiyini öz gözləriylə görürdü. Hətta bir  dəfə Mirzə  İbrahimova  deyibmiş ki, həkimlərə ağız aç ,həm məni , həm də sizi  bu əzabdan  qurtarsınlar. Xavər  üzülüb.

Bu o demək  deyildir ki, Vurğun  yaşamaq  istəmirdi. Əksinə, Səməddə  iradə  çox qüvvətli idi. Onda  həyat  eşqi də çox  güclü olmuşdur. Bununla  belə  Səməddə  iki düşüncə çarpışırdı. Ruslarda  bir  “soznaniye”sözü  var, bir    “podsaznaniye”.Səməddə  “soznaniye “ həyatın, “podsoznaniye”  ölümün  tərəfində  idi. Yadımdadır,  bir dəfə Qostilizdatda  Səmədlə  görüşdük. Mili ədəbiyyatlar  şöbəsi müdiri Aleksandra  Rabinina, bir də Luqovskoy  burada  idi. Səməd  Kreml  şəfaxanasına  müalicəyə  gəlmişdi. Gülə-gülə dedi ki,  həkimIərin heç birinə inanmıram. Hamısı  yalan- palan deyir. Mən də  xəstəlik yoxdur. Gedəcəyəm  bizim  dağlara, dodağımı  sıxacam büz  bulaqlara. Səmədi bu cür  danışdıran  soznaniye  idi. Bir  azdan Aleksandra  Rabinina  gedəndən  sonra Səməd  düşüncəli halda ah çəkdi.

-Axı deyəsən mənim ölümüm yaxınlaşıb.

-Paçemu  tak  qlupo qovarış, Samed?

Səməd  Luqovskoyun  üzünə qəmli-qəmli  baxdı:

-Cünki  iki  aydır  ki,  mənim dodaqlarımdan  heç kim öpmür. Məndən  çəkinirlər.

Uca  bolu  Luqovskoyun  gözləri  doldu. Səmədi  bağrına  basıb  gözündən  öpdü. Sonra mən də dodaqlarından  öpdüm. Səməd  sanki bir az yüngülləşdi.

Səmədə  ölüm fikri  doğuran “podsoznaniye”

idi. Təcrübə  göstərir ki, “podsoznaniye”  “soznaniye”dən  daha  güclüdür, onun dediyi doğru çıxır.

 Səmədin ölümünü  yaxınlaşdıran səbəblərdən biri  ürəyindəki fikirləri cilovlması, açıb deməməsi  olmuşdur. Səməd  böyük mənəvi azadlıq tələb  edən  sənətkardır. Fitrətinə görə qəhrəmandır. Sərt həqiqəti  deməkdən  qorxmayan, maska yırtmaqdan çəkinməyən  bir xilqətə malikdir. Digər tərəfdən Səməd Vurğun Bağırov  kimilərinin qabağında susmağa məcbur olurdu. Özünü cilovlayırdı. Öz qəlbinin və bədəninin  tələblərinə  çıxmaq insanı  tez sarsıdır....

Poemadan  söz  düşür, Adelina  Yefimovna  bildirir ki, sovet şeirində  “Komsomol poema”sından  güclü  poema  tanımıram. Bu  əsərdə dramatizm cox güclüdür.

Səməd Vurğunla Fadeyevin  dostluğundan  söz  düşəndə Adelina  Yefimovna  bildirir:

-Əlbəttə,  Fadeyev  Səmədi çox sevirdi. Səmimiyyətlə sevirdi. Ancaq mənə elə gəlir ki, əsl dostluğun, məhəbbətin gözü açıq  olmalıdır. Fadeyev  Səmədin dahiliyini başa düşürdüsə ,onu içkidən, ziyafət həyatından çəkindirməli, onun enerjisini, onun ömrünü qorumalı  idi. Halbuki əksinə, Fadeyev özü Səmədi ziyafət həyatına cəlb edirdi. Zənnimcə, böyük mərama,- vətən eşqinə söykənməyən dostluğa dostluq demək olmaz.

Adaelina adalisin  sonrakı  söhbətindən diqqətə  layiq  hesab etdiyim fikirləri bura köçürürəm:

-Samed Vurğun bıl qorazdo traqiçnee çem  kajetsya.

-Səməd Vurğun ğörüşdüyü  qadınları  sevmirdi.

Görüşmədiklərini sevirdi. Qulyal jenşinami iz za toski.

-Samed strastno xotel  jit.No odnovremenno u  neqo bıla  volya k smertı.

-Səməd  Vurğunun ağlına elə ictimai-siyasi fikirlər gəlirdi ki, düşünməkdən qorxurdu. Qəhrəman Səməd Vurğun  qorxaq Səməd Vurğunla həmişə çarpışmışdır. On  boyalsya verit v ujasnıye  veşi.

-Ya lyubila neustroynost  Sameda. O, bəzən səliqəsiz, bəzən pulsuz  olurdu. Əlinə düşəni dərhal yetim- yesirə ,hətta ehtiyacı olmyanlara verirdi. Mən  Səməd  səxavətində  adam  görməmişəm.

-Rəsul Rza da cəsarətli fikirlər deyir. Bu fikirlər xalq ürəyindən su içir. Rəsul Rza idrak şairidir. Bununla  belə  Rəsul Rza çox gözəl yaşayır. Onda  Səməd  səxavəti  yoxdur. Həyatda  özünü diplomat kimi aparır. Bu qədər  firavan  yaşayan, gözəl  həyat  keçirən əsrlərcə  yaşaya  bilməz. Samed Vurğun imel  pravo  buntovat. No  Rasul Rza  ne imeet  eto  pravo  v takoy  stepeni. Patomu  şto  on  prekrasno  jivyot.

-Samed  moq    sozret  do qeniya. Dahi  səviyyəsinə  yüksəlməyə ona  mühit  zaman  imkan  vermədi....

Xəlil Rza Ulutürk."Bir  odlu  gözləri, bir  də  xoş  səsi" 

"Çinar-Çap", Bakı-2007