Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 11°C

Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclası, 21 fevral 1985-ci il

Kreml.jpgİştirak etmişlər: yoldaşlar Əliyev H.Ə.,Vorotnikov V.İ.,Qrişin V.V.,Gromıko.A.A .,Romanov G.V .,Solomentsov M.S.,Tixonov N.A.,Demiçev P.N.,Dolqix V.İ.,Kuznetsov V.V.,Ponamayyov B.N.,Çebrikov V.M.,Zimyanin M.V.,Kapitanov İ.V.,Liqaçov E.K., Rıjkov N.İ.
6. Erməni  soyqırımının  70 - illiyi  ilə əlaqqədar  tədbirlər.
 
      QORBAÇOV-Bu məsələyə Mərkəzi Komitənin Katibliyinin iclasında ətraflı baxılmşdır. Bildiyiniz kimi, soyqırımın 50 illiyi ölkəmizdə qeyd  olunmamışdır. Bu isə ağır mənfi nəticələrə  gətirmişdir. Vaxtilə soyqırımın 60 illiyi Leonid İliç  Brejnevin və Mixayil Andreyeviç Suslovun yanında müzakirə  olunmuşdur. O vaxt partiyanın Mərkəzi Komitəsi tərəfindən razılaşdırılmış tədbirlərin keçirilməsi  planlaşdırılmışdır. 24 aprel 1985-ci ildə Sultan Türkiyəsinin hakim dairələri tərəfindən təşkil olunmuş erməni soyqırımının 70 illiyi tamam olur, onun qeyd olunması üçün Ermənistan Kommunist  partiyasının  Mərkəzi  Komitəsi əlavə tədbirlərin keçirilməsi haqqında əlavə  tədbirlər irəli  sürmüşdür.Ermənistanın  partiya  orqanları bu  təklifləri sinfi düşmənin guya sovet  hökumətinin soyqırımı ilı əlaqədar oz  münasibətini müəyyən  etməməsi  lbarədə irrihamları  aradan qaldırmaq  üçün irəli  sürmüşdür.Bu məsələ ilə bağlı burjua mətbuatında böyük səs-küy qaldırılmışdır.ABŞ-ın Nümayəndələr Palatası 24  aprelİ "İnsana  qarşı geyri-insani  davranış və  erməni soyqırımı  günü" elan  edilməsi  ilə  bağlı  qətnamə  qəbul  etmişdir.Bu  istiqamətdə Fransa və digər  dövlətlərin hakimiyyət  dairələri fəal  hərəkət  edirlər.Bununla Ermənistan KP-nin Mərkəzi Komitəsi  1975-ci ildə soyqırımın 60  illiyinin qeyd  edilməsi təcrübəsini nəzərə alaraq  ,24  apreli  "Soyqırımı qurbanlarının xatirə  günü"  elan  olunması üçün Ermənistan SSR Ali  Soveti Rəyasət Heyəti tərəfindən fərmanın  verilməsi və  Ermənistan  Kommunist Partiyasiini birinci  katibinin radio və  televiziyada  çıxış  etməsini,onun çıxışının mətninin respublika  mətbuatında  dərc  olunmasını təklif  etmişdir.
 Birbaşa  deyium:Mərkəzi  Komitənin Katibliyində biz respublika üzrə belə bir qərar qəbul edilərsə,onun müsbət və mənfi  tərəflərini başa  düşərək bu məsələnin baxılması üçün Sov.İKP Mərkəzi  Komitəsinin  Siyasi Bürosuna təqdim etməyi qərara  aldıq.
     DƏMİRÇYAN:-Hər  şeydən öncə  deməliyəm ki,bu məsələ cox  ciddi və mürəkkəbdir.Məsələ respublikanın əhalisinin əksəriyyətini və xaricdə yaşayan erməniləri narahat  edir.Hesab etmək  lazımdır  ki, hal-hazırda xaricdə üç milyona  yaxın milliyətçə  erməni  olan  çəxs yaşayır.
   Respublikanın KP  Mərkəzi Komitəsi keçmişdəki təcrübəni nəzərə alaraq , soyqırımnın 70 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə  hazırlaşır.Bu yerdəxa tirlatmaq istərdim ki,soyqırımın 50-illiyi çox təhlükəli şəraitdə keçmiş,100 minə  yaxın  nümmayişçi küçələrə  çıxaraq ,1915-ci ildə baş vermış hadisələrlə əlaqədar Sovet Hökümətinin mövqeyi ilə bağlı bəyanatın qəbul edilməsini tələb  etmişlər.1965-ci ildə soyqırım qurbanlarına həsr olunmuş abidənin ucaldılması qərarı qəbul olunmuş, oraya hər il əklil  qoyulur.Belə  mərasimlərdə  hər  il 200-300  minə yaxın  insan iştirak edir.Bunu nəzərə alaraq, Sov  İKP müvafiq  tədbirlərin hazırlanması ilə bağlı bizə tapşırıq  vermışlər.Qeyd  olunmuş tədbirləri  hazırlayarkən biz  soqırım  qurbanlarının xatirəsinin   anma  mərasimi prosesinin daha  təkmil  idarə  olunmasını  nəzərə  almışıq.
 Burada artıq deyildi ki,soyqırımın 70- illiyi ilə bağlı vəziyyət ABŞ-ın  Mərkəzi  Kəşfiyyat idarəsi və digər təxribatçı təşkilatlar  tərəfindən gərginləşdirilir.Tarixi saxtalaşdırmaq üçün güclü kampaniya aparılır,o  sırada  beynəlxalaq  konfranslar təşkil  olunur, məqalələr dərc edilir, televerilişlər göstərilir.Kimsə iddia edir ki, hətta ermənilər yox,rusların tərəfinə keçmiş ermənilər  tərəfindən  türklərin öldürülməsi baş vermışdır.Daşnaklar öz anti-sovet fəaliyyətlərini gücləndirirlər.Müxtəlif kanallarla daxil olan məlumatlara əsasən, bütün bu hadisələr , soyqırımının 70 illiyi  ərəfəsində respublikada ideoloji vəziyyəti daha da gərginləşdirə  bilər.Buna görə də bizdən tələb olunur ki,bununqa qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirək, o cümlədən soyqırımı qurbanlarının xatirə günü  barədə fərman da daxil olmaqla  Fərman qəbul etməliyik.
     TİXONOV:-Bu  fərmana uyğun olaraq belə gün  hər  il keçiriləcək?
     DƏMIRÇYAN:-Bəli hər il.Ümumiyyətlə, biz hər il soyqırımı abidəsinə əklil qoyuruq və qurbanların xatirəsinə sükut  dəqiqəsi keçiririk.Bundan əlavə Ermənistan KP MK-nın birinci  katibinin 10-12  dəqiqəlik  çıxışı  nəzərdə  tutulur.Bu çıxış bizdə hər il keçirilən tədbirlərə  əlavə  olunacaqdır.
      Bir daha vurğulamaq istəyirəm ki,bizim təkliflərimiz hər şeydən öncə xaricdə  keçirilən  güclü  kampaniya  ilə  əlaqədardır.Son  illər  daşnak  hərəkatı birləşmişdir.ABŞ -ın xüsusi xidmətlərinin diktəsi ilə daşnaklar bizim ölkəmizi və  respublikanı 1915-ci il soqırımına  qarşı  laqeydlikdə itiham  etmək , ictimaiyyəti dezoorentasiya edərək ermənilərdə anti-sovet əhvalı yaratmağa  çalışırlar.Belə əhvali -ruhiyyə, əlbətə Ermənistanın  özündə də yayılır,əsasən  bizdə təhsil  alan xarici  tələbələrin və  həmçinin respublikaya  miqrasiya edən ermənilər vasitəsilə.
      Bu yaxında Ermənisatan Kommunist  Partiyası MK-nın plenumunda Sov İKP MK-nın İdeoloji işin təkmilləşdirilməsi haqqında qərarınnın həyata keçirilməsi ilə bağlı tədbirləri müzakirə edərək, biz acıq-aydın daşnakların sovet sisteminin və sovet  Ermənistaninin düşmənləri kimi göstərmişik.Demək lazımdır ki, daşnaklar dərhal bununla bağlı fəgan qoparmışlar.Türkiyə də  özünü neqativ aparır.Məsələn,Türkiyənin ABŞ-dakı səfiri konqresmenlərdən ermənilərin soyqırımı günü ilə bağlı qərarını  ləğv  etməyi xahış etmışdir.Eyni zamanda, bizə müxtəlif terrorçular göndərilir,sovet diplolamatik missiyalarına qarşı terrorçu  hərəkətlər  təşkil  olunmasına cəhd  göstərilir.
      Biz hesab edirik ki, bizim təkliflərimiz işin düzgün təşkil edilməsinə  kömək edəcək və  ermənilərin soqırımının 70 iliyinin sovet hökumətinə  qarşı  təşkil olunmasına  imkan verilməyəcək.
     TİXONOV:-Necə  hesab  edirsiniz,sizin radio və  televiziya  ilə  şxışınız ermənilərlə  türlklır  arasında olan ədavəti  daha  da  qıçışdırmayacaq?
      DƏMİÇYAN:-Bu  çıxışda biz adətən, Sovet Ermənistanının  nailiyyətləri və ermənilərin soqırımının  Sultan Türkiyəsinin  mürtəce  dairələri  tərəfindən həyata keçirilməsi  haqqında  danışırıq.
     QRIŞIN:-70  il bu  məsələ ilə bağlı Respublika  Ali  Soveti Rəyasət Heyətinin qərarı olmadan keçinmişik, indi  isə belə  fərman  verilməsi təklif  olunur.Bunu  nəyə  görə  etmək  lazımdır?
      DƏMİRÇYAN:-Biz respublikada yaranan vəziyyəti dərindən təhlil edirik.İş ordadır ki, Ermənistan əhalisinin bütün  təbəqələri soqırımı dərindən hiss edir.Praktik olaraq elə bir alilə yoxdur  ki,onda  soyqırım  qurbanı  olmasın.O ki  qaldı  fərmana -ona  görə  lazımdır  ki,hazırda  vəziyyət  mürtəcü  qüvvələr  tərəfindən gərginləşdirilmişdir.
      TİXONOV :-Bu  vəziyyət respublikda  yuxarilar  tərəfindən  gərginləşdirilmir?
      DIMİRÇYAN:-Bu mövzu erməni  xalqının fikrindən və qəlbindən  çıxmır Mən xüsusilə  vurğulamaq istəyirəm ki, respublikda keşirilməsi nəzərdə tutulan tədbirlər anti-türk istiqamətində deyildir.Hər dəfə  küçələrə 250-270 min insan çıxır.Biz  yalnız  prosesi idarə  etmək istəyirik.
      GORBAÇOV:-Dövlət  Təhlükəsizlik Komitəsinin nümayəndəsi nə deyə bilər.
      BOBKOV:(SSRİ DTK-nin  sədr  müavini)-Yoldaş Dəmirçiyanın çıxışına az əlavə etmək olar.Əvvəllər,1965-ci ilə qədər bu  problem bu qədər ciddi deyildi.Amma bildiyiniz kimi,1965-ci ildə soyqırımı qurbamlarının xatirəsini anma mərasimi kütləvi  iğtşaşlara çevrilmişdir.Xatırlayisiniz, 5 minlik kütlə soyqirımı qurbanlarınınx atirəsinə həsr olunmuş iclasımn keçirildiyi  teatr  binasına daxil olaraq iğtişaşlar törətmışdı.Bundan sonra,1967-ci ildə soyqırımı qurbanların həsr olunmuş abidə  ucaldılmışdır.Onun açılışında  200 mndən çox adam iştirak etmişdir.Soyqırımın 60 -iliyi  ilə əlaqədar tədbirlər  keçirilmiş, o  cümədən  Ermənistan  KP MK-nın,Ali Sovetinnin və  Nazirlər Sovetinin xətti ilə .Bizdə olan  məlumta  görə  soyqırımım 70 -iliyinə  həsr olunmuş tədbirlərdə 300  minə  yaxın  adam iştirak  edə  bilər.
      Burada sual yaranır- bu müddət ərzində nə dəyişib? Bu suala cavab verəcəyəm.Birincisi-burjua xadimləri  tərəfindən soyqırımın  xatirə gününn anti-sovet ruhunda  qeyd  edilməsinin,  o cümlədən vacibliyi  haqqında coxlu  bəyanatlar  səsləndiriımlşdir.İkincisi-  hər cür anti-sovet qrupların fəaliyyəti, o cümlədən Ermənistan ərazisində dəfələrlə güclənmişdir.Bu qrupların yüzə yaxın  nümayəndəsi həbs edilmiş, yaxud profilaktikadan keçirilmişdir.Üçüncüsü-bu məsələnin Türkiyə hakimiyyəti tərəfindən qızışdırılması və soyqırımın  ermənilər  təərfindən törədildiyini göstərmk səyləri  olmuşdur.Dördüncüsü -terrorçuluq  fəaliyyətinin, xüsusilə Erməni  terrorçu azadlıq  ordusu  tərəfindən güclənməsi  bizi narahat etməyə bilməz.Bununla bağlı  xarici tələbələr  qrupu  tərəfimizdən həbs olunmuşdur.Buna  görə  də Ermənistan KP MK-sı tərəfindən  təşkil olunan əlavə  tədbirlər  əhalinin daha  yaxşı  təşkilatlanmasına və təşəbbüsü  əz  əlimizə gətirmık imkanı  verəcəkdir.
      QROMIKO:- Biz  bu  məsələni  emosiyasız  müzakirə  etməliyik.Əlbəttə, bu Sultan Türkiyəsinin və Çar Rusiyasının çirkin  cinayətləridir.Lakin bildiyiniz kimi, ölkəmizə 6 il  rəhbərlik etmış Leninin vaxtında da belə tipli,soygırım ilə bağlı məsələlər  qaldırılmamışdır.
      PONAMARYOV:-Amma  o vaxt Türkiyədə  inqilab  baş  vermışdı
      QROMIKO:-Bu  burjua  inqilabı  idi.Ona görə də indi  sual  yaranır, Türkiyəyə  qarşı belə davranışı əbədiləşdirmək bizə  lazımdır? Mənim fikrimcə daşnaklar Sovet Hökumətinə türklərdən daha çox nifrət edirlər.Ona  görə də onlar, onların  üləmaləri  bizim üçün meyar ola bilməz.Xaricdə edilən hər şey orada yaşayan ermənilərin marağımna yuğun gəlir.Ona görə də xaricdə  keşirilən hər  cür  aksiyalara  istinad  etmək , mənim fikrimcə , inadırıcı  deyil.
      Eyni zamanda ,xalqın duyğularına da çıxış yolu vermək lazımdır.Amma bunun respublika üzrə fərman verilməsi ilə qəbul  edilməsi nə dərəcədə vacibdir? Axı, belə bir fərman təqvimə  daimi Matəm  günü  daxil  edəcək.Bunu  qanunla  təsbit  etmək lazımdır?Onda  ölkəmizdə Batın işğalından başlayaraq nə qədər matəm günləri  olmalıdır? Bildiyiniz  kimi, biz  hətta  Leninin vəfatı  gününü  geyd  etmirik.Buna görə də mən  respublika  üzrə  belə  bir  fərmanın verilməsinə çox  şübhə ilə yanaşıram.
Ermənisatan Kompartiyası MK-nin geydlərində mərkəzi mətbuat  orqanlarında soyqırımı  haqqında məqalə  dərc  olunması  təklifi  var.Mənə elə gəlirki, bu işdə bizim "ağır  artleriyamızı " istifadə etmək lazım deyil. Ermənistanda nə isə etmək lazımdır, O  cümlədən Ermənistan KP mK-nin  birinci  katibinin çıxışını dərc etmək olar ,amma  digər təkliflərə dəstək verməyə ehtiyac  yoxdur.Əgər  türklər öz  ərazilərində Sovet  İttifaqına  qarşı yönəlmış nüvə raketləri  yerləşdirsələr -daha  təhlükəli olacaqdır.
Son olaraq demək istərdim ki,bütün bu tədbirləri yenidən nəzərdən keçirməliyik, dərindən  fikirləçib tədbirləri  minimal  səviyyəyə  endirməyə  çalışmalıyıq.
     ZİMYANİN:-Mən "Pravda" qəzetinin redaktoru kimi vaxtilə  bu məsələ  ilə  bağlı redaksiya məqalələri  dərc  etmşdım.Onlarda  souqırım aid yalnız bir abzas  vardı .İndi  isə acıq - aydın  görsənir  ki,ABŞ  bizi Türkiyə ilə vürşdürmaq  istəyir.Biz buna imkan  verməməliyik.Mən bu məsələnin  Mərkəzi  Komitənin Katibliyində iştirak etməmişəm.Amma düşünürım ki,  halda , bəzi  tədbirləri  keçirmək  lazımdır.Amma  tədbirlər  dövlət  səviyyəsində  deyil , ictimaiyyət  səviyyəsində  olmalıdır.Mənə aydındır ki,respublika  üzrə fərman Türkiyəyə qarşı düşmənçilik aktı olacaqdır.O,Sovet-Türkiyə əlaqələrinin gərginləşdirilməsinə  gətirib  çıxaracaqdır.Biz bundan heç nə qazanmayacağəq.Ona görə də  yoldaş  Dəmirçiyan və  Ermənistan KP MK-sı təşəbbüsü  ğz  əlıərinə  götürməlidir və sinfi mövqedən hərəkət etməlidirlər.Bütün tədbirlər Ermənistan  ictimaiyətinin xətti  ilə Türkiyəyə  qarşı  təhdidlərsiz  həyata keçirilməlidir.
       Bütövlükdə götürüldükdə mən  onun tərəfdarıyam ki,soyqırımın 70 illiyinə həsr olunmuş tədbirlər yalnız tarixi-ictimai  planda  olsun.
      TİXONOV:-Mən  Ermənistan  KP MK-nin  təkliflərini  oxuyanda zarafatsız  təşvişə  düşdüm.Bizim  Türkiyə ilə əlaqələrimiz  indi  düzəlməyə başlamışdır. Bu  ölkəıyə  səfərim  zamanı Türkiyənin  rəhbərliyi Sovet  İttifaqını  dost  adlandırmış və onlar  öz  ərazilərində  ölkımizə  qarşı  yönəlmiş  raketlərin  yerləşməsinə iczə  verməyəcəklərini bildirmışlər. Mənə aydındır ki, respublika  üzrə fərman sovet  türkiyə münasibətlərində gərginlik  yardacaq və  istət-istəməz Moskvanı bu məsələyə  cəlb edəcək.Sual       yaranır- kim bundan qazanacaq.  Aydındır ki, amerikalılar  bundan  qzanacaqlar.
      Türkiyıdə olduğum vaxt  ölkənin prezidentı və  baş naziri Ermənistanda  rəhbərlərin  çıxışlarıma  istinad  edərək burada anti türk əhvali-ruhiyyəsi haqqında mənə düz 40 dəqiqə  şikayət  etmışdilər.Aydındır ki,  biz  buna  yol  verməməliyik.Umumiyyətlə, yadımızda  yaxşı saxlamalıyıq  ki, Türkiyə  həm  Dardanel  həm də  Bosfor boğazlarının  sahibidir və  Montrede imzalanmış sazişə əsasən onun  boğazları  iri  qıfilla  bağlamaq  ixtiyarı  var.
      Mən "Pravda"  qəzetində 1975-ci ildə  məsələ ilə bağlı  dərş olunmuş  məqaləyə  baxmışdım. Orda  soyqırıma  cəmi  5 sətir  həsr  olunmuşdu.Və bu düzgündür.Axı, bizim ölkımizdə  daha  böyük  facilıər də  baş  vermışdir.Məsələn  Belorusiyada faşistlərin əli ilə hər dördüncü insan həlak  olmuşdur.
      Mənə  aydındir  ki,bizim  finlərlə, yunanlarla , türklərlə əlaqələrimizin  düzəlməsi amerikanları  şox qəzəbləndirir və onlar  soyqırımın yubileyi  vasitəsi ilə qonşu ölkələr  ilə əlaqələrimizi  korlamaq istəyirlər.
İstərdim ki,Ermənistanda, onun partiya təşkilatında zəhmətkkeşlırin bütün nəsilləri ilə ciddi iş aparılsın.Beynəlmiləl  tərbiyə daha  yaxşı  təşkil olunsun, bütün hadisələr nəzarətdə saxlanılsın.Ona görə görünür bu məsələni dərindən öyrənmək,daha  aşağı səviyyədə  keçirmək, ölkılərarası əlaqələrə toxunmdan həıll etmək daha  düzgün olardı
      QRİŞİN:-Erməni  yoldaşların hissləi və  onaları  soyqırımə gününü qeyd  etmək istəklri bizə aydındır.Lakin düşünürəm ki, beynəlxalq vəziyyət bizə ehtiyatlı  olmağı diktə  edir.Axı ABŞ  konqresi tərəfindən qəbul olunan qətnamələr  Sovet  İttifaqının  və Sovet  Ermənistanının mənafeyinə uyğun  deyil.Ona görə də onlara istnad etmək düzgün deyil.Ümumiyyətlə, respublika üzrə soyqırımın anım günü  ilə bağlı fərmanın qəbul edilməsi zəryriliyi  haqqında  məndə  ciddi  şübhələr var.70 il bizdə belə bir  fərman  yox idi və onun indi qəbul edilməsinə ehtiyac yoxdur.Bəlkə mərkəzi mətbuat orqanlarında çıxış edərək imperalist  qüvvələrin millttçı  ehtirasların qışışdırılması istiqamətində apardığı  fitnələrini ifşa  etməliyik.Bir şey aydındır ki,indi sovet  insanlarının birliyi onların  beynəlmilə ruhda  tərbiyəsi üçün  bütün ermənistan  partuia təçkilatını səfərbər  etməliyik.
       ÇEBRİKOV:-Mən qeyd etmək istərdim ki,1965- ci ildən başlayaraq biz məcburuq hər il Ermənistan KP MK-sı ilə birgə  erməni  soyqırımı  məsələləri ilə məşğul olaq.Hər halda, respublikanın əhalisinində  gərginlik mıvcuddur və kifayət qədər ciddidir.Hər  ailənin nəslində  soyqırım qurbanları  var.Ona  görə  mənim  fikrimcə respublikda  keçmişdə  keçirləın tədbirlərdən birdəfəlik  imtina etməyə yol verməməliyik.Əvvələr keçirilən tədbirləri Türkiyə ilə gərginlik yaratmamaq şərti ilə qoruyub  saxlamaq  lazımdır.Nəzərə almaq lazımdır ki,respublika üzrə fərmandan  başqa hər  şey  qəbul olunmuş  və hər  bir  tədbir  həyata keçirilmişdir.Xalqın alışdığı tədbirlərdən imtina edə bilmərik.O ki  qaldı  bizim təkliflərimizə, onları  yaxşı ğlçüb -biçməliyik və  ehtiyac  olsa  onlara  daha  sonra qayıdarıq.
      TİXONOV: -Leninin  vaxtında da  bu olmamışdır
      ÇEBRİKOV:-Ümumiyyıtlə, biz , görünür yeni tədbir daxil etmədən,keşmişdə həyata keçirilən tədbirləri qoryuyb  saxlamalıyıq.
      QROMIKO:-Respublika  rəhbərliyi  ciddi  işləməidir.
      GORBAÇOV:-Bizdə şübhə  olmasaydı Katiblik bu məsələni MK-nin  Siyasi  Bürosunun  iclasına  daxil  etməzdi.Düşünürəm ki, bugünkü  mazakirə olunan məsələ  haqqında biliyimizi artırmışdır və biz düz eləmişik- məsələni bu icladsa baxılmaq üeçün gündəliyə  daxil  etmişik.Verilmiş  təkliflər  haqqıhda Dəmiçiyan K.S.-dən  başqa heç kim bilmir və  lazim  deyil ki, kimsə bilsin
     Biz yeni tədbirləri  keçirməməliyik.
     KUZNETSOV:-Düzdür
     QORBAÇOV:-Amma  keçmişdə  keçirilən tədbirlərdəm də imtina etməməliiyk
     QROMIKO:-Köhnə tədbirləri  yeni  qayda ilə keçirmək  olar
     QORBAÇOV:-Biz razılaşa bilərik ki,soyqırım haqqında məqalə yalniz "Pravda" qəzetində dərç olunsun.Ermənistanda keçiriləcək tədbirlərə toxunaraq biz  prinsipial  sinfi  mövqeyə əsaslanmalıyıq, ağırlıq  mərkəzini  keçmişə yox,sovet  Ermənistanının qazandlğı uğurlara, respublikanın və onun kommunistlərinin qarşısında duran digər məsələlərə diqqət  yetirməliyik.
Xüsusilə Sov.İKP MK-da İrəvan  şəhərinin bundan  sonrakı inkişafına  diqqət  yetirilməsi üçün  tapşırıq  var.Bu  məsələ ilə bağlı  qərarı soyqırımın  ildönümü ərəfəsində qəbul etsək daha  yaxşı  olardı.Yoldaş Dəmirçyan K.S, düşünürəm ki, burda erməni  kommunistlərinin inadı və aktiv  fəaliyyətinin  vacibliyi  düzgün qeyd olunmuşdur.Əgər soyqırımın ildönumu ilə bağlı hərhanseı bir problem  ortaya çıxarsa republika təşkilatının hər zaman bu məsələnin partiyanın Mərkəzi Komitəsinin qarşısında qaldırmaq imkanı  var.
      Görünür, biz  Ermənistan KP MK-nın təklifinə və MK-nin  Siyasi  Bürosunun iclasındakı fikir  mübadilələrinə  əsaslanaraq ənənəvi ictimai tədbirlərin həyata  keşerilməsi planına aid olan və 1985-ci ilin aprel ayına təsadüf edən erməni  soyqırımının 70 illiyinnin  Ermənisatan KP MK  tərəfindən qeyd  edilməsini MK-nin Siyasi  Bürosunun  iclasına  daxil  edə  bilərik.
Bununla  yanaşı erməni xalqının bizim sovet ittifaqinin  tərkibində  qazandığı  nailiyyıtləri barədə "Pravda" qəzetində redaksiya məqaləsinin dərç olunması haqqında təlimat  vermək olardı.
      SİYASİ BÜRONUN ÜZVLƏRİ:-Düzgündür
Qərar  qəbul  olunmuşdur.