Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 27°C

"Sizin bir əmriniz yetər"

Ordumuz"Mən Almaniyada yaşayıram və ölkədə gedən prosesləri izləyirəm. Hərbi xidmətimi 2010-cu ildə xüsusi təyinatlı batalyonda başa vurmuşam. Sizin qorxmazlığınız və mərdliyiniz bizə ruh verir, əgər lazım olarsa, Sizin komandanlığınız altında döyüşə qatılmağa hazıram. Xahiş edirəm, bizə imkan verin alını açıq, başı yuxarı gəzək. Qarabağsız bunu etmək olmur. Allah Sizi gorusun. Sizin bir əmriniz yetər gənclərin silaha sarılması üçün".

President.az saytınin verdiyi məlumata görə, bu məktubu Azərbaycan prezidenti İlham Əliyevə hazırda Almaniyada yaşayan Fərrux Zeynalov ünvanlayıb.

Prezidentin rəsmi saytında belə məzmunda yüzlərlə müraciət yerləşdirilib.

Füzuli rayonundan olan Qəhrəman Həsənov da Ali Baş Komandanın apardığı siyasəti dəstəklədiyini qeyd edib: "Ön cəbhəyə döyüşlərə getmək üçün Sizin əmrinizi gözləyirik. Bu qətiyyətlə, bu inamla biz qalib gələcəyik".

Rusiya Federasiyasının Novokuznetsk şəhərindən yazmış Anar Əzimov da Ali Baş Komandanı bəzi kəndlərimizin işğaldan azad olunması münasibətilə təbrik edib: " Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ailələrinə Allahdan səbr diləyirəm. Bir şeyi unutmayaq. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Mən çox istərəm şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Torpaqlarımız erməni işğalından təmizlənsin. Bütün dünya şahiddir ki, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni etmişdir və etməkdədir. Cənab Ali Baş Komandan! Əmrinizi gözləyirəm".

Ehtiyatda olan döyüşçü, Ağdam rayon sakini Eldar Bəhramov da prezidentə minnətdarlığını bildirib: " Ehtiyatda olan döyüşçü kimi Qarabağda gedən bugünkü döyüşlərdə Azərbaycan Ordusunun ürək açan uğuruna sevinirəm və ordumuzun qələbəsinə inanıram. Cənab Ali Baş Komandan, mən də öz növbəmdə bir azərbaycanlı kimi döyüşə tam hazır vəziyyətdə Sizin əmrinizi gözləyirəm. 1993-cü ildə Ağdamda gedən döyüşlərdə könüllü vuruşmuşam və yenə də tam hazıram. Vətən uğrunda döyüşməyə və Vətən yolunda canımdan keçməyə hazıram.

Cənab Ali Baş Komandan, yaxşı ki, varsınız və Siz ordumuza ruh yüksəkliyi verirsiz. İnsallah Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl vətənimin belə gözəl əsgəri və əsgərimin başında belə qeyrətli Ali Baş Komandan var. Bir daha Sizə təşəkkürümü bildirirəm, şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin, yaralılara da Allahdan şəfa diləyirəm".

Ehtiyatda olan hərbçi, Şahbuz rayon sakini Ədalət Rüstəm də Ali Baş Komandandan əmr gözlədiyini qeyd edib: "Qarabağ münaqişəsinin iştirakçısıyam. Azərbaycan Tibb Universitetinin auditoriyasından cəbhəyə getdim, bir ilə qədər döyüş bölgələrində könüllü xidmət etdim, gənc cərrah kimi yaralı əsgərlərimizin sağlamlığının keşiyində durdum. 22 ildir ki, Milli Ordumuzun, şanlı Silahlı Qüvvələrimizin qüvvətlənməsi, nizamlı, qüdrətli strukturlara, ən yeni hərbi-texnoloji silah-sursatlara, modern hərbi vasitələrə malik olacağını arzulamış və gözləmişəm. Həmin gün artıq yetişmişdir. Ən əsası nizamlı Milli Ordumuz Sizin birbaşa və məqsədyönlü siyasətiniz hesabına həmin səviyyəyə çatmış, inkişaf etmiş və aparıcı ölkələrin silahlı qüvvələri ilə yanaşı durmaq qüdrətinə yüksəlmişdir. Sülhməramlı qüvvələrin, antiterror koalisiyaların tərkibində Ordumuzun ayrı-ayrı hissələrinin uğurlu iştirakı, Qarabağ cəbhəsində düşmənə sarsıdıcı zərbələri sübutlarıdır. Belə Ordunun tərkibində, heç olmasa yanında olmağı, cərrahi təcrübəmi hərbi hospitallarda tətbiq etmək üçün Baş Komandanımızın əmrini gözləyirəm".

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Cavid Nəsirli də cəbhədəki uğurlu addımlara görə Prezidenti və xalqı təbrik edib: " Mən Rusiyada Qarabağ döyüşlərinin hər anını izləyir və ordumuza dua edirəm. Sankt-Peterburqda yaşayan həmvətənlərim adından səfərbərlik elan etməyinizi, Vətənimiz, Üç rəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmaq istədiyimizi bildiririk. Bu həmrəyliyin qarşısında düşmən dayana bilməz".

Neftçala rayonundan olan Elgün Haqverdiyev də hazırda cəbhə xəttində gedən qızğın döyüşlərdə könüllü olaraq iştirak etməyə hazır olduğunu yazıb: " Yetər ki, Vətən sağ olsun, yetər ki, millətimiz sağ olsun".

Yardımlı rayonundan olan İlqar Həsənov da Ali Baş Komandandan əmr gözlədiyini bildirib: "Sizdən xahiş edirəm ölkəmizin, Vətənimizin bu günündə biz gəncləri könüllü olaraq öz istəyimizlə ordu sıralarına cəlb edəsiniz. Cəbhədə gedən döyüşlərdə vuruşan əsgər qardaşlarımızla bərabər döyüşmək, müqəddəs Vətənə olan borcumuzu yerinə yetirmək istəyirik. Əmrinizi gözləyirəm".

Azərbaycan prezidentinə müraciət ünvanlayanlar arasında Türkiyə Respublikasının da vətəndaşları var. Türkiyənin Şanlıurfa rayonundan Fatih Tümay bildirib: "Ermənilərə qarşı mən də Sizinlə bir olub, işğal olunmuş torpaqları azad etmək istərdim. Biz türk birliyinə inanırıq. İmkanım olanda Azərbaycana gəlib Sizləri ziyarət etmək, Mübariz İbrahimovun qəbrinə dualar oxumaq istəyirəm. Allah bizi bir dövlət, bir millət kimi qorusun. Sizlər üçün canımı verməyə hazıram".

Türkiyənin İstanbul şəhərindən olan Barbaros Erduran isə Azərbaycanın dövlət başçısına "Hörmətli Prezidentimiz" deyə müraciəıt edib: "Müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə qarşı apardığı əməliyyatlarda qazandığı zəfərin qürurunu və sevincini bizə yaşatdığınız üçün Sizə minnətdaram. Qıldığım hər namazdan sonra azərbaycanlı qardaşlarıma və şanlı Ordunuza dua edirəm. Qəlbim sizinlədir. Azərbaycan Ordusunun yeni qələbələrinin xəbərlərini eşitmək arzusundayam. Allahdan arzum budur ki, Azərbaycan Silahlı Qüvvələri tezliklə düşməni darmadağın edərək işğal altındakı torpaqları geri qaytarsın.

Möhtərəm Prezident, ehtiyac yaranarsa, Azərbaycan Ordusunun əsgəri kimi, ortaq Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyi özümə şərəf bilərəm".

"Mən Sizə Türkiyənin Konya şəhərindən yazıram. Bir türk olaraq Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanır. Qardaş Azərbaycan tək deyil. Biz daim Sizin yanınızdayıq.

Möhtərəm Prezident, mən özümə güvənən adamam, silahla davranmağı və təbiət şərtlərinə uyğunlaşmağı bacarıram. Əgər əmriniz olarsa, qardaşlarımızla çiyin-çiyinə vuruşmağı özümə şərəf bilərəm. Allah Sizi və Azərbaycan xalqını qorusun"-bunu isəToklu Mustafa Abdulkadir yazıb.

"Sizin qarşınızda baş əyirəm, Sizinlə fəxr edirəm. Bu gün Azərbaycanın güclü və qüdrətli Ordusu var. Azərbaycanımızın Sizin kimi Prezidenti var. Cənab Prezident mən Laçın rayon sakini və ehtiyatda olan əsgər Elxan Əhməd oğlu Aslanov 1978-ci ildə Laçın rayonunda dünyaya gəlmişəm. 1992-ci ildən məcburi köçkünəm. 1998-ci ildə Naxçıvan şəhərindəki hərbi hissədə xidmət etmişəm. 2000-ci ildən ehtiyata buraxılmışam. Ehtiyatdakı əsgər kimi Sizin əmrinizi gözləyirəm. Hər an vətənim Azərbaycanım, Ali Baş Komandanım, xalqım üçün döyüşməyə hazıram. Bu gün iradəli Ali Baş Komandanımız və güclü Ordumuz var. Yaşasın Azərbaycan. Bu məsuliyyətli və ağır işdə uğurlar arzulayıram. Allah cənab Prezidentimizi, xalqımızı və Ordumuzu qorusun!". Bu isə  Aslanov Elxan Əhməd oğlu, ehtiyatda olan hərbiçi yazıb.

Birləşmiş Krallığın Edinburq şəhərində olan Cavid Məmmədli isə Prezidenti və Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibəti ilə təbrik edib: "Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamızı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm".

Bakıdan olan Vəli Şükürov da Ali Baş Komandanın əmrini gözlədiyini yazıb: "Sizin əmrinizi gözləyirəm. Canımız bahasına Qarabağı işğaldan azad etməyə hazırıq. Sizin bir kəlməniz yetərlidir ki, minlərlə gənc orduya axın etsin. Səfərbərliyi gözləyirik. Sizin ətrafınızda sıx birləşmişik. Sizinləyik. Əmr edin, Ali Baş Komandan, əmr edin".

Prezident İlham Əliyevə məktub yazanlar, Ali Baş Komandandan döyüş əmri gözləyənlər arasında Azərbaycan qadınları da var. Beyləqən rayonunda yaşayan Vəfa Əliyevayazıb: "Cənab Ali Baş Komandan! Biz Sizi daim dəstəkləyir, apardığınız siyasətinizi bəyənirik. Qarabağ uğrunda gedən döyüşlərdə Ali Baş Komandanımıza uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə qüdrətli Ordumuz tezliklə işğal altındakı torpaqlarımızı azad edəcək. Biz Azərbaycan vətəndaşları olaraq hər an Vətənimizin keşiyində durmağa, onu qorumağa hazırıq".

"Ordumuzun bu uğurunu çoxdan gözləyirdik. Buna görə Ali Baş Komandan, Sizə təşəkkürümüzü bildiririk. Qələbələrimizin ardı-arası kəsilməsin! Cavanlarımızın ruh yüksəkliyi, döyüş əzmkarlığı, qələbə arzusu bizi sevindirir. Şəhidlərimizə görə kədərlənsək də, şəhidsiz Vətən olmaz. Mən də anayam. Yoldaşım da Qarabağ veteranı və ehtiyatda olan zabitdir. Gözümüzün ağı-qarası bircə oğlumuz var. Bu vətən uğrunda ailəlikcə vuruşa hazırıq. Hər zaman yanınızdayıq cənab Ali Baş Komandan. Sizə yalnız QƏLƏBƏ yaraşır". Bunu isə Bakıdan olan Məryam Fəhradova yazıb.

Litva Azərbaycanlıları Cəmiyyətinin prezident Əliyevə ünvanladığı məktubda isə  Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun atdığı bütün addımların birmənalı dəstəkləndiyi bildirilir.

"Ordumuzun irəliləməsini alqışlayır, ordumuza uğurlar arzulayır və bildiririk ki, istər döyüş əməliyyatlarında iştirak etməyə, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza Baltik ölkələrində hər cür dəstək verməyə, xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq".

İsmayıllı rayon ictimaiyyəti nümayəndələrinin prezidentə ünvanladığı müraciətdə isə qeyd edilib: "Möhtərəm Prezident, bütün xalqımız kimi biz ismayıllılılar da Sizinlə - milli təhlükəsizliyimizin qarantı ilə, rəşadətli Ordumuzla, Vətənin mənafeyini hər şeydən üstün tutan əsgərlərimizlə fəxr edirik. Təhlükəsizlik Şurasının iclasındakı nitqinizi dinlədikcə, xalqımıza müraciətinizdə dediklərinizi dərindən dərk etdikcə xoşbəxt sabahımıza inamımız daha da artır.

Bu gün keçirdiyimiz toplantıda Qarabağ müharibəsi əlilləri və veteranları, İkinci Dünya müharibəsi iştirakçıları, hüquq mühafizə orqanlarının əməkdaşları və veteranları, çoxsaylı gənclər iştirak edib. Dövlətimizin və Sizin qarşınızdakı məsuliyyətimizi, Vətənimizin bütövlüyü naminə cavabdehliyimizi dərindən dərk etdiyimizi hamılıqla, yekdilliklə bəyan edirik.

Möhtərəm cənab Prezident, yaşından, sosial statusundan, milli və dini mənsubiyyətindən asılı olmayaraq, ilkin gənclik yaşından yuxarı hər bir İsmayıllı sakini özünü ön cəbhədə, ordu sıralarda görür, ölkə Prezidenti və Ali Baş Komandan kimi hər bir Sərəncam və əmrinizi icra etməyə hazırdır".

Gəncədən prezidentə müraciət edən Kənan Əliyev ordumuzun müəyyən yüksəliklərini düşməndən azad etdiyinə görə sevindiyini bildirib: “Mən atasız gəncəm, lakin özümü yetim hiss etmirəm, ona görə ki, cənab Prezidentim mənim mənəvi atamdı. Allah Sizi bizim, Azərbaycan xalqının üstündən əksik etməsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğur və qələbələr qazanacaq. Hər an Sizin əmrinizi gözləyirik”.

Rusiyanın Tolyatti şəhərindən yazan həmvətənlimiz Yaşar Məhərrəmov döyüşlərdə həm fiziki, həm də maddi cəhətdən fəal iştirak etməyə hazır olduğunu deyib: “Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasına yönələn hərbi əməliyyatların başlanması ilə əlaqədar Sizə öz minnətdarlığımı bildirirəm. Milyonlarla həmvətənimiz bu qətiyyətli addımı gözləyirdi. Vətənimin müdafiəsində həm fiziki, həm də maddi cəhətdən fəal iştirak etməyə hazır olduğumu bildirirəm. Mən Sizinləyəm, mən Vətənimləyəm”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçiləri də prezidentə müraciət edib: “Cənab Ali Baş Komandanımız. Hər birimiz, bütün Azərbaycan vətəndaşları Sizin siyasətinizi ürəkdən dəstəkləyirik! Bu xoş günləri, ilk Qələbə sevinclərini bizlərə yaşatdığınıza görə çox sağ olun, cənab Prezidentimiz! Allah Sizi bu Vətən, bu millət üçün qorusun! Biz Sizinləyik və Sizin hər bir əmrinizə hazırıq! Yaşasın Azərbaycan!”. Tovuzun Aşağı Quşçu kəndindən prezidentə məktub yazan İlqar Mansırlı hər zaman torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu deyib: “Cənab Ali Baş Komandan! Biz hər zaman hazırıq və Sizin əmrinizi gözləyirik ki, düşmənə daha ağır zərbələr endirək və şəhidlərimizin qisasını alaq. Düşmən özü də bizim gücümüzü yaxşı bilir və ilk zərbənin təsirində bunu bir daha hiss etmişdir. Elə buna görə də təşviş içindədirlər. Bizim gücümüz birliyimizdə və milli kökümüzə bağlılığımızdadır. Yaşasın Azərbaycan!”.

Abşeron rayonundan prezidentə məktub yollayan Sənan Vəliyev onunla qürur duyduğunu bildirir: “Biz hamımız Sizinlə qürur duyuruq. Allah Sizə can sağlığı, əliniz-qolunuza güc-qüvvət versin. Bu gücünüzlə, müdrik və uzaqgörən siyasətinizlə, elinizlə birlikdə düşmənə qalib gələcəyinizə inanırıq. Siz xalqımıza, xalqımız da Sizə dayaqdır!".

Lerikdən Bəhruz Rzayev məktubunda cəbhədə gedən proseslərin içində olmaq istədiyini qeyd edib:  “Hörmətli Ali Baş Komandan! Bu günlər evdə televiziya və internet qarşısından məlumatlanmaq mənə çox ağır gəlir. Birbaşa cəbhədə gedən proseslərin içində olmaq istəyirəm. Mənfur düşmənlərimizə qarşı vuruşmağı özümə borc bilirəm. Bir Azərbaycan vətəndaşı kimi könüllü sürətdə cəbhə xəttinə yollanmaq fikrindəyəm. Əminəm ki, torpaqlarımızın düşmən tapdağı altında qalmasına tezliklə son qoyulacaq”.